micotakis aa 1936377

ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammiti çərçivəsində Türkiyəyə “F-35” qırıcılarının mümkün satışı ilə bağlı verdiyi müsbət mesajlar Yunanıstanda da diqqətlə izlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Trampın açıqlamaları İsraildən sonra Yunanıstanın siyasi dairələrində də müzakirə mövzusuna çevrilib.

NATO Zirvəsi çərçivəsində jurnalistlərin suallarını cavablandıran Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyəyə “F-35” satışının mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirməkdən yayınıb.

“F-35 açıqlamasına şərh verməyəcəyəm”, – deyə Miçotakis bildirib.

Qeyd edək ki, Türkiyənin ABŞ istehsalı olan beşinci nəsil “F-35” qırıcı proqramına qayıtmaq ehtimalı son dövrlərdə Vaşinqton-Ankara münasibətlərində əsas müzakirə mövzularından birinə çevrilib. Bu məsələ Egey dənizi və Şərqi Aralıq dənizində hərbi balans baxımından Yunanıstanda da xüsusi maraq doğurur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: