Aİ bürokratları avropalıların beyinlərini yuyur, Avropa isə özünü məhv edir.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev bildirib.
Siyasətçinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Avropanın mövcudluğunu təhdid edən immiqrasiya və enerji sahələrindəki uğursuzluqlarını açıq şəkildə göstərir.
“Bu arada, Avropa bürokratiyası heç bir səhvi etiraf etməkdən və ya düzəltməkdən imtina edir və avropalıların beyinlərini yuyaraq, onlara özündənrazılıq aşılamaqla məşğuldur”, – deyə o vurğulayıb.
Tahir Turan
Globalinfo.az