AA 20260707 41910102 41910101 ARJANTIN MISIR scaled

Argentina Misir üzərində 3:2 hesabla qələbə çalaraq növbəti – 1/4 mərhələyə vəsiqə qazanıb. 

***21:56

Əsas vaxta əlavə edilən dəqiqələrdə Argentina üçüncü qolunu vuraraq hesabda irəli çıxıb. 

Globalinfo.az xəbər verir ki, Enzo Fernandezin qolu (90+3) Argentinanın qarşılaşma ərzində ardıcıl vurduğu üçüncü qoldur.

***21:47

Messi bərabərlik qolunu vurub. 

Globalinfo.az xəbər verir ki, 83-cü dəqiqədə hesab bərabərləşib: 2:2

***21:42

Argentina Misir qapısından qol keçirib. 

Globalinfo.az xəbər verir ki, 79-cu dəqiqədə Romero fərqlənə bilib.

Hesab arasında fərq minimuma endirilib.

***21:30

Mustafa Ziko Misiri bir top daha irəli çıxarıb. 

Globalinfo.az xəbər verir ki, qol oyunun 67-ci dəqiqəsində vurulub.

Qeyd edək ki, daha əvvəl Zikonun vurduğu qol qayda pozuntusu səbəbindən qeydə alınmayıb. Bu, onun oyunda ikinci (qeydə alınan birinci) qoludur.

***20:15

Misir hesabı açıb. 

Globalinfo.az xəbər verir ki, 15-ci dəqiqədə Yasir İbrahim komandasını hesabda irəli çıxarıb.

***20:00

FIFA 2026 Dünya Çempionatının 1/8 mərhələsində qarşılaşmalar davam edir. 

Globalinfo.az xəbər verir ki, bu dəfə Argentina millisi ilə Misir yığması üz-üzə gəlib.

 

Paylaş: