Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ lideri Donald Trampla keçirdiyi görüş zamanı “F-35” qırıcılarının ölkəsinə tədarükü ilə bağlı müsbət qərar veriləcəyinə ümid etdiyini bildirib.
Globalinfo.az-ın xəbərinə görə, Türkiyə lideri qeyd edib ki, “F-35” məsələsi Ankara üçün yeni mövzu deyil və bu istiqamətdə Vaşinqtonla uzun müddətdir danışıqlar aparılır.
“F-35 məsələsi Türkiyə üçün yeni deyil. Bu mövzunu ABŞ ilə daha əvvəl də müzakirə etmişik. Bizə beş təyyarənin təhvil veriləcəyi vəd olunub. İnanırıq ki, bu vəd yerinə yetiriləcək. Cənab Tramp həmişə verdiyi sözə sadiq qalıb”, – deyə Ərdoğan bildirib.
O, ABŞ Prezidenti ilə Ankarada keçirilən görüşdən məmnunluğunu ifadə edərək, səfərin ikitərəfli münasibətlər baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Əziz dostum Donald Trampla Ankarada görüşmək bizə əlavə güc verir. Bu səfərin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm”, – deyə Türkiyə Prezidenti qeyd edib.
Əliyar Xəlil