erdogan tramp 900x604 2

ABŞ-ın “FOX News” telekanalı NATO Zirvəsi zamanı Prezident Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi münasibətlərə diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı görüntülər də paylaşılıb.

Telekanalın efirində bildirilib ki, Trampa toxunmaq və onunla fiziki təmas qurmaq adətən rast gəlinən hal deyil.

Qeyd olunub ki, Ağ Ev rəhbərinin buna müsbət yanaşması və eyni şəkildə qarşılıq verməsi iki lider arasındakı yaxın münasibətin göstəricisidir.

“FOX News”un şərhində vurğulanıb ki, Ərdoğan bu baxımdan digər NATO liderlərindən seçilir və Tramp ona alyansın digər liderləri ilə müqayisədə daha yaxın münasibət göstərir.

Günel Cəlil
Globalinfo.az

Paylaş: