İranın ali dini lideri olmuş Əli Xameneinin 14 aylıq nəvəsi Zəhra Məhəmmədi Qolpayeqaninin dəfn mərasimindən yayılan görüntülər diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, kadrlarda körpənin atası, Məhəmməd Cavad Məhəmmədi Qolpayeqani qızının kiçik tabutu önündə diz çökərək onunla vidalaşıb.
Emosional anlar mərasimdə ən çox müzakirə olunan görüntülərdən birinə çevrilib.
İran tərəfinin məlumatına görə, 14 aylıq Zəhra və ailəsinin digər üzvləri fevralın 28-də ABŞ və İsrailin həyata keçirdiyi hava zərbəsi zamanı həlak olublar. Həmin hücum sonradan bölgədə genişmiqyaslı müharibənin başlanmasına gətirib çıxaran əsas hadisələrdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Zəhranın tabutu Əli Xameneinin və hücum zamanı həyatını itirən digər ailə üzvlərinin tabutları ilə birlikdə Tehranda təşkil olunan dövlət vida mərasimində nümayiş etdirilib.
Father of Khamenei’s 14-months-old granddaughter Zahra bids farewell to his ‘MARTYRED DAUGHTER’ as he kneels over her tiny coffin
Both killed in February 28 US-Israeli strike that ultimately sparked the war pic.twitter.com/8HXdccSCfs
— RT (@RT_com) July 7, 2026
Günel Cəlil
Globalinfo.az