rusiya

Rusiyanın Novosibirsk vilayətində yüksək hazırlıq rejimi elan edilib.

Globalinfo.az xəbər verir ki, regional hakimiyyət orqanlarının yaydığı məlumata görə, qəbul edilən qərar çərçivəsində yanacaqdoldurma məntəqələrində bir avtomobil üçün yanacaq satışına məhdudiyyət tətbiq olunub.

Yeni qaydalara əsasən, sürücülər bir dəfəlik maksimum 30 litr benzin və 60 litr dizel yanacağı ala biləcəklər.

Rəsmilər bildiriblər ki, bu addım yanacaq ehtiyatlarının səmərəli idarə olunması və təchizatın sabit saxlanılması məqsədi daşıyır.

Tahir Turan
Globalinfo.az

Paylaş: