Ukrayna prezidenti Volodimir Zelenski Kiyev vilayətinin Vişnevo şəhərində bir sıra partlayışlardan sonra ikinci partlayış baş verdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, teleqram kanalında hadisənin nəticələri barədə əlavə məlumat vermədən Kiyev yaxınlığındakı Vişnevoda vəziyyətin ikinci dərəcəli partlayış səbəbindən ağır olduğunu qeyd edib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, 6 iyul gecəsi Rusiya Silahlı Qüvvələri Kiyev və Kiyev bölgəsindəki hərbi-sənaye kompleksi obyektlərinə və yanacaq-enerji infrastrukturuna dəqiq idarə olunan silahlar və hücum dronlarından istifadə edərək kütləvi hücuma başlayıb.
Rusiya hərbçilərinin məlumatına görə, təsirlənən obyektlərə dron istehsalı, cihazqayırma, zirehli maşın istehsalı ilə məşğul olan müəssisələr və Vişnevoda yanacaq-sürtkü materialları anbarı daxildir.
Tahir Turan
Globalinfo.az