Fidan 900x506 1

Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlərin NATO daxilində gərginliyin azaldılmasına müsbət təsir göstərə biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Fidanın sözlərinə görə, iki ölkə lideri arasında davam edən diplomatik təmaslar alyans daxilində fikir ayrılıqlarının aradan qaldırılması və təşkilatın daha sabit fəaliyyət göstərməsi baxımından əhəmiyyət daşıyır.

Nazir qeyd edib ki, ƏrdoğanTramp arasındakı qarşılıqlı etimad və şəxsi münasibətlər, həmçinin, müttəfiqlər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: