qarabag 2025 3

Bu il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ” klubu ilk oyuna çıxmağa hazırlaşır.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, iyulun 9-da Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Oyunun başlanma saatı da açıqlanıb.

Matç 9 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Oyunu CBC Sport telekanalı canlı yayımlayacaq.

Qeyd edək ki, komandaların cavab görüşü iyulun 16-da Reykyavikdə keçiriləcək.

Paylaş: