ABŞ Prezidenti Donald Tramp Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Zelenski ilə Trampın görüşü iyulun 8-nə planlaşdırılıb. Məlumata görə, görüş zamanı Ukraynadakı münaqişənin başa çatdırılması üçün mümkün həll yolları müzakirə olunacaq.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bir gün əvvəl bildirmişdi ki, Rusiya və ABŞ liderləri arasında baş tutan telefon danışığında Ukraynadakı münaqişənin nizamlanması məsələsi müzakirə edilib.
Ağ Evin rəhbəri münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Günel Cəlil
Globalinfo.az