Prezident Donald Trampla FİFA prezidenti Canni İnfantino arasında ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsi ilə bağlı danışığın təfərrüatları məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
“Prezident qırmızı vərəqənin hansı səbəbdən göstərildiyini və futbolçuya niyə diskvalifikasiya tətbiq olunduğunu daha yaxşı anlamaq istəyirdi”, – deyə mənbə bildirib.
Baloqun Bosniya və Herseqovina ilə dünya çempionatının 1/16 final oyununda müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb.
Turnirin reqlamentinə əsasən, qırmızı vərəqə avtomatik olaraq bir oyunluq diskvalifikasiya ilə nəticələnir.
İyulun 5-də FİFA Donald Trampın şəxsi xahişi əsasında Baloquna tətbiq edilən bir oyunluq cəzanın qüvvəyə minməsini təxirə salıb.
“Bundan sonra Tramp və İnfantino arasında daha bir telefon danışığı baş tutub. ABŞ Prezidenti qəbul edilən qərarı “düzgün” adlandırıb. O, ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinoya zəng edərək Belçika ilə oyun öncəsi komandaya uğurlar arzulayıb”, – deyə nəşr yazıb.
Qeyd edək ki, Baloqun cari dünya çempionatında üç qol vurub. O, qrup mərhələsində Paraqvayla oyunda dubla imza atıb, Bosniya və Herseqovina ilə qarşılaşmada isə daha bir dəfə fərqlənib.
Hazırda o, ABŞ millisinin turnirdə ən məhsuldar futbolçusudur.
Əliyar Xəlil
Globalinfo.az