45645 8098450435

Finlandiya Silahlı Qüvvələri yaxın aylarda piyada əleyhinə minalar almaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri bir neçə Finlandiya hərbi mənbəyinə istinadən bildirib.

Belə ki, bu qərar Helsinkinin xarici siyasət kursunun məntiqi davamıdır və bu kurs ölkənin əvvəllər piyada əleyhinə minaların istifadəsini, yığılmasını, istehsalını və ötürülməsini qadağan edən Ottava Konvensiyasından çıxmasına səbəb olub.

Finlandiya bu il yanvarın 10-da rəsmi olaraq bu beynəlxalq müqavilədən çıxıb. 1997-ci ildə imzalanmış Ottava Konvensiyası humanitar tərksilah sahəsində əsas sənəddir və hərbi əməliyyatların bitməsindən illər sonra belə geniş yayılmış mülki itkilərə səbəb olan piyada əleyhinə minaların istifadəsini qadağan edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: