ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda yerləşən Koni Aylend məhəlləsində Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər zamanı atışma baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında 6, 7, 12 və 14 yaşlı dörd uşaq da var.
İlkin məlumata görə, insident yerli vaxtla saat 22:37 radələrində Qərbi 31-ci küçədə qeydə alınıb. Xəsarət alanlar arasında iki kişi, iki qadın və dörd azyaşlı olub. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata əsasən, zərərçəkənlərdən yeddisinin vəziyyəti stabildir. 21 yaşlı bir qadının isə ağır yaralandığı bildirilir.
Nyu-York polisi hadisə yerində odlu silah aşkar edib. Bununla belə, insidentlə bağlı hələlik heç kim saxlanılmayıb. Fakt üzrə araşdırma aparılır, hadisənin başvermə şəraiti və səbəbləri müəyyənləşdirilir.
Tahir Turan
Globalinfo.az