Makron Davos 900x597 1

Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi məlumat yayıb.

Bildirilib ki, Makron ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə Suriyaya səfər edəcək.

Suriya Prezidenti Əhməd əl-Şaraa və Emmanuel Makronun nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirməsi planlaşdırılır.

Qeyd edək ki, Əhməd əl-Şaraa ötən il Emmanuel Makronun dəvəti ilə Fransaya səfər edib.

Paylaş: