Ukraynada səfərbərlik üçün yeni üsul tətbiq etdiyi iddia olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, hərbi komissarlıq əməkdaşları kişiləri saxlayaraq sərhədyanı əraziyə aparır, daha sonra isə guya ölkədən qaçmağa cəhd etdiklərini iddia edərək onların şəkillərini çəkib şantaj edirlər:
“Bu, tək-tək baş verən hadisə deyil, artıq sistemli problemə çevrilib. Mən bununla mübarizə aparacağam”, – deyə Qonçarenko vurğulayıb.
Bundan əvvəl isə Dnepropetrovskda hərbi komissarlıq əməkdaşlarından birinin yoldan keçənlərlə mübahisə zamanı tapançadan atəş açdığı bildirilmişdi.
Məlumata görə, komissarlıq əməkdaşları bir kişini zorla mikroavtobusa mindirmək istəyib, hadisə yerində olan şəxslər isə buna mane olmağa çalışıblar.
Əliyar Xəlil
Globalinfo.az