owl detail 620 ed56ca8339cb54ec5975922763dc3adf

Almaniya milli futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, bu vəzifəyə Yurgen Klopp təyin olunub.

Bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, Kloppun Almaniya Futbol İttifaqı (DFB) ilə müqaviləsinin detalları hələ müzakirə olunur.

59 yaşlı mütəxəssisin Almaniya yığmasına AVRO-2028 və 2030-cu il dünya çempionatının sonunadək rəhbərlik edəcəyi gözlənilir.

Qeyd edək ki, Klopp 2025-ci ildən etibarən “Red Bull” şirkətində beynəlxalq futbol əlaqələri üzrə direktor vəzifəsində çalışırdı. Bundan əvvəl o, doqquz il “Liverpul”a baş məşqçilik edib. Onun rəhbərliyi altında klub UEFA Çempionlar Liqasının, İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, İngiltərə Superkubokunun qalibi olub, həmçinin iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb.

İyulun 3-də Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi Yulian Nagelsmannla müqaviləyə xitam verildiyini açıqlamışdı. Onun rəhbərliyi altında Almaniya yığması 2026-cı il dünya çempionatının 1/16 finalında Paraqvaya penaltilər seriyasında uduzaraq (əsas vaxt 1:1, penaltilər 3:4) mübarizəni dayandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: