İsrail Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev danışıb.

“BƏƏ başa düşdü ki, ballistik raketlər ən böyük təhlükələrdən biridir və onlar bu məsələdə bizim dəstəyimizdən faydalanırlar”, – deyə o bildirib.

Məlumata görə, bu açıqlama İsrail hökumətinin BƏƏ-yə “Dəmir Qübbə” batareyalarının verildiyini ilk dəfə rəsmi şəkildə təsdiqləməsi hesab olunur.

Bundan əvvəl Təl-Əviv bu məsələ ilə bağlı açıqlama verməmişdi.

Paylaş: