zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Konstantinovkanın Rusiya qoşunlarının nəzarətinə keçməsini gizlədir”.

Globalinfo.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev deyib.

“Müasir informasiya məkanında sirr qalmayıb və Zelenskinin bu təşəbbüsü uğursuzluğa düçardır”, – deputat bildirib.

İvlevin sözlərinə görə, Kiyev Konstantinovkanın itirildiyini etiraf etməkdən çəkinir.

Onun fikrincə, Ukrayna hakimiyyəti hesab edir ki, şəhərin itirilməsinin rəsmən təsdiqlənməsi cəbhənin tamamilə dağılmasına səbəb ola bilər:

“Bu halda Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri arasında kütləvi fərarilik və ya əsir düşmə halları arta bilər”.

Xatırladaq ki, iyulun 3-də Rusiya Prezidenti Vladimir Putinə Konstantinovkanın Rusiya ordusunun nəzarətinə keçdiyi barədə məruzə olunub.

Məlumat dövlət başçısının birləşmiş qoşun qruplaşmasının komanda məntəqəsinə səfəri zamanı təqdim edilib.

Rusiya tərəfinin iddiasına görə, Ukrayna ordusunun istehkam şəhərinə çevirdiyi Konstantinovkanın ələ keçirilməsi Ukrayna qüvvələrinin təchizatına ciddi zərbə vurub və Rusiya qoşunları üçün Kramatorsk və Slavyansk istiqamətində irəliləmək imkanı yaradıb.

Bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır. Ukrayna tərəfi Konstantinovkanın Rusiya qüvvələrinin nəzarətinə keçməsi ilə bağlı iddiaları təkzib edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: