Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Donbasdakı vəziyyətə toxunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Putin amerikalı həmkarına Rusiya ordusunun bölgədəki bütün möhkəmləndirilmiş mövqeləri nəzarətə götürmək niyyətində olduğunu deyib.
“Rusiya lideri Konstantinovka üzərində nəzarətin bərpa olunmasını “Donetsk Xalq Respublikası”nın bütün ərazisinin ələ keçirilməsi yolunda mühüm mərhələ hesab edib”, – deyə Uşakov qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az