DÇ-2026-nın 1/8 final mərhələsində dünən keçirilən Fransa – Paraqvay oyunundan sonra mundialın bombardirlik yarışında dəyişiklik olub. Fransa millisinin hücumçusu Kilian Mbappe Paraqvayın qapısına vurduğu qoldan sonra bombardirlik yarışında yenidən liderliyə yüksəlib.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, Mbappe hesabındakı qolların sayını 7-yə çatdıraraq 1-ci yerdə gedir. Onun 2 qol ötürməsi də var.
İkinci pillədə olan Argentina millisinin hücumçusu Lionel Messinin də 7 qolu var. Amma Messinin qol ötürməsi yoxdur.
1.Kilian Mbappe (Fransa) – 7 qol, 2 ötürmə
2.Lionel Messi (Argentina) – 7 qol
3.Erlinq Haaland (Norveç) – 5 qol
4.Harri Keyn (İngiltərə) – 5 qol
5.Usman Dembele (Fransa) – 4 qol, 2 ötürmə
Xatırladaq ki, Dünya Çempionatının sonunda ən çox qol vuran futbolçuya “Qızıl buts” mükafatı veriləcək.