1 10

Vaşinqton İran rəhbərliyini hədəfə alaraq öldürmək niyyətində deyil, çünki bu halda İslam Respublikası ilə danışıqları davam etdirmək mümkün olmayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ liderinə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp bildirib ki, İranın ali lideri Əli Xameneinin vida mərasimini izləyib.

“Onların hamısı oradadır”, – deyə Tramp İran rəhbərliyini nəzərdə tutaraq bildirib.

Portalın yazdığına görə, İranın yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd ehtimalını şərh edən Tramp deyib:

“Biz bunu etməyəcəyik. Çünki o zaman danışıqlar aparacaq heç kim qalmayacaq”.

ABŞ Prezidenti həmçinin iddia edib ki, İran tərəfi sülh razılaşmasına nail olmaq üçün yalvarır.

“Axios”un məlumatına əsasən, Tramp Əli Xameneinin vida mərasimində bəzi iranlıların ağladığını gördükdə təəccübləndiyini də bildirib.

“Bəlkə də bunlar saxta göz yaşlarıdır”, – deyə ABŞ Prezidenti əlavə edib.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-ın Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar İrana danışıqlarda birhəftəlik fasilə verdiyini açıqlayıb.

Xatırladaq ki, Əli Xamenei fevral ayında ABŞ və İsrailin zərbələri zamanı həlak olub. Onunla 7 gün keçirilməsi nəzərdə tutulan vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Mərasimdə 100-dən az olmayaraq ölkədən gəlmiş yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir. Mərhum ali rəhbəri iyulun 9-da dəfn ediləcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: