SaveClip.App 731158347 18610850767029043 9110416838481602994 n 5

Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, yanğın yeni Ələt–Astara magistralında yolun Lənkəran şəhərindən keçən hissəsində başlayıb.

Yol kənarında, açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyir. Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradır. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək qiymətləndirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.

Paylaş: