Türkiyənin ROKETSAN şirkəti “TAYFUN Block-3” ballistik raketinin döyüş atışlı ilk sınağını uğurla başa çatdırıb.
Globalinfo.az xəbər verir ki, raket hipersəs sürətli döyüş başlığı vasitəsilə dənizdə hərəkət edən pilotsuz suüstü hədəfini dəqiq zərbə ilə vurub.
Təxminən 7 metr uzunluğunda, kiçik balıqçı qayığını təqlid edən hədəfin yüksək dəqiqliklə vurulduğu bildirilir.
ROKETSAN bunu “cərrahi dəqiqliklə” endirilən zərbə kimi qiymətləndirib. Qeyd olunur ki, bu, “TAYFUN Block-3” raketinin ilk döyüş atışlı sınağıdır.
Yeni raket hərəkətdə olan dəniz hədəflərini tuşlama başlığı vasitəsilə izləyərək məhv etmək qabiliyyətinə malikdir.
Türkiyə tərəfi bildirir ki, ballistik raketə belə bir tuşlama başlığının inteqrasiyası ölkədə ilk dəfə həyata keçirilib və bu, dünya miqyasında da nadir texnoloji nailiyyətlərdən biri hesab olunur. Bu xüsusiyyət “TAYFUN Block-3” raketini effektiv gəmiəleyhinə silaha çevirir.
— Новости (@gulnarazeynal) July 4, 2026
Əliyar Xəlil