nft

Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən neft terminalına zərbələr endirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilib ki, əsas hədəf Baltik dənizində neft məhsullarının yüklənməsi üzrə Rusiyanın ən iri dəniz terminallarından biri olan Sankt-Peterburq Neft Terminalı olub.

Zərbələr nəticəsində terminal ərazisində yanğın baş verdiyi qeyd edilib.

Paylaş: