Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib.
Globalinfo.az bildirir ki, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında “tanqoçular” 3:2 hesablı qələbəyə seviniblər.
Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.
Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.
Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.