İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, söhbət zamanı tərəflər yaxın gələcəkdə ABŞ-da şəxsi görüş keçirmək barədə razılığa gəliblər.
Netanyahu ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Trampı təbrik edib.
O, İsrailin ABŞ ilə strateji müttəfiqliyə böyük önəm verdiyini bildirib və Vaşinqtonu qlobal azadlığın təminatçısı kimi qiymətləndirdiyini vurğulayıb.
Tahir Turan
Globalinfo.az