Tehranda İranın keçmiş ali dini lideri ayətullah Əli Xameneinin xatirəsinə həsr olunan yas mərasimləri davam edir. İran rəsmiləri bu tədbirləri “əsrin dəfni” kimi xarakterizə edir.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda baş nümayəndə olan Məhəmməd-Baqir Qalibafın zamanı göz yaşlarını saxlaya bilmədiyi görünür.
Mərasimdə İran prezidenti Məsud Pezeşkiyan, xarici işlər naziri Abbas Əraqçi və məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsüni də iştirak edib.
İran mediasının məlumatına görə, Əli Xameneinin oğlu və hazırkı ali dini lider Müctəba Xamenei təhlükəsizlik səbəbləri ilə vida mərasimlərində iştirak etmir. Rəsmi məlumatlara əsasən, mərasimlərə 12–20 milyon insanın qatılması gözlənilir. Bildirilir ki, bu, İran tarixində dövlət tədbirləri arasında ən geniş təşkil olunan mərasimlərdən biridir. Tədbirlərin koordinasiyası SEPAH-ın ən böyük regional bölməsi olan Tehran korpusu tərəfindən həyata keçirilir. Vida mərasimlərinə gələnlərin hərəkəti elə təşkil olunub ki, hər bir şəxs təxminən 15–20 dəqiqə ərzində keçid edərək ərazidən çıxa bilir. Mərasimlər bazar gününə qədər davam edəcək.
— News (@02042006Afa) July 3, 2026
Əliyar Xəlil