hat%C9%99mi

İran Silahlı Qüvvələrinin baş komandanı, general-mayor Əmir Hatəmi ölkənin keçmiş ali dini lideri Əli Xameneinin öldürülməsinə cavab olaraq ABŞ və İsraildən qisas alacaqlarını bəyan edib.

Globalinfo.az-ın xəbərinə görə, o, bu fikirləri Tehranda keçirilən dəfn mərasimi zamanı səsləndirib.

Hatəmi bildirib ki, İran tərəfi şəhid liderin qanının qisasını almaq üçün istənilən vasitəyə əl atacaq:

“Biz İran xalqının düşmənlərinə — Amerika və İsrail hakimiyyətinə bildiririk ki, şəhid liderin qanının qisasını alacağıq”, – deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: