Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İranın mərhum ali rəhbəri Əli Xamenei ilə vida mərasimində iştirak edib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei ilə vida mərasimi bu gün başlayıb.
O, iyunun 9-da Məşhəd şəhərində dəfn ediləcək.