1766310517 pasinyan 2025 900x600 2

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi AzərbaycanTürkiyə sərhədlərinə doğru uzanan dəmir yolu xətlərinin bərpasına başlayıb.

Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə hökumət iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

Paşinyanın sözlərinə görə, artıq Gümrü-Axurik (Türkiyə sərhədinə çıxan istiqamət) və Yerasx (Azərbaycan sərhədi istiqaməti – Arazdəyən) sahələrində bərpa işlərinə start verilib və bu işlər davam etdirilir.

Baş nazir əlavə edib ki, digər sahələr üzrə də müzakirələr davam edəcək, o cümlədən Rusiya tərəfi ilə işçi görüşlər aparılacaq və Ermənistanın mövqeyi dəyişməz qalır.

O, “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin prosesdən xəbərdar olduğunu və işlərə cəlb edildiyini də vurğulayıb.

Paşinyanın sözlərinə görə, həmin dəmir yolları Ermənistanın mülkiyyətidir və ölkə öz infrastrukturunu özü idarə etməlidir. Detalların isə hüquqi və işçi müzakirələr səbəbilə hələlik açıqlanmadığını bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: