nvr 1

Milli Məclisin deputatı Novruzəli Aslanov 2 iyul 2026-cı il tarixində İsmayıllı rayonunun daha iki kəndində seçicilərlə görüşüb. 

Globalinfo.az xəbər verir ki, bu dəfəki səyyar qəbul rayonun Gideyli və Kürd Eldarbəyli kəndlərində baş tutub.

Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Gideyli və Kürd Eldarbəyli kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

img 20260702 wa0147img 20260702 wa0148img 20260702 wa0149img 20260702 wa0151img 20260702 wa0150img 20260702 wa0144img 20260702 wa0146img 20260702 wa0145img 20260702 wa0143img 20260702 wa0139

Paylaş: