Q%C9%99t%C9%99r

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Dohada ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri qəbul edib. Görüşdə ABŞ–İran danışıqlarının gedişi və Livanda atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətində səylər müzakirə olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The National” nəşri Qətər rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər Livanda atəşkəs rejiminin qorunmasının ölkənin birliyi, suverenliyi və sabitliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qətər əmiri qeyd edib ki, Doha Pakistanla birlikdə Yaxın Şərqdə uzunmüddətli və hərtərəfli sülhün əldə olunmasına yönələn danışıqlara dəstəyini davam etdirəcək.

ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner isə Qətər və Pakistana vasitəçilik səylərinə görə təşəkkür edərək, Vaşinqtonun hərtərəfli razılaşmanın əldə olunması istiqamətində diplomatik səyləri davam etdirəcəyini bildiriblər.

Xatırladaq ki, iyulun 1-də İran və ABŞ arasında Qətər və Pakistanın vasitəçiliyi ilə dolayı danışıqlara başlanılıb. Həmin gün İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Qətərin Baş naziri ilə İran–ABŞ memorandumunun icrası məsələlərini müzakirə edib. Daha sonra İran, Qətər və Pakistan arasında üçtərəfli görüş keçirilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: