İranın xarici işlər naziri Abbas Əraqçi İsrail tərəfindən səsləndirilən təhdidlərə sərt reaksiya verərək, ölkəsinə qarşı istənilən addımın dərhal cavablandırılacağını bəyan edib.
Globalinfo.az xəbər verir ki, Əraqçi bu barədə sosial şəbəkədəki paylaşımında qeyd edib.
Nazir bildirib ki, İran xalqına və ölkə rəhbərliyinə yönələn hər hansı təhdid dərhal və güclü cavab ilə qarşılanacaq: “İslamabad Memorandumunun şərtləri açıq və hər kəs üçün əlçatandır”.
Bu bəyanat İsrailin müdafiə naziri İsrael Katzın İrana qarşı yeni hərbi əməliyyatın mümkünlüyü barədə açıqlamasından sonra səsləndirilib.
Safura Bənnayeva
Globalinfo.az