rr

ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmağı planlaşdırmır.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Associated Press” (AP) onun ətrafındakı mənbələrə istinadən məlumat yayıb.

“Əgər hazırkı ABŞ vitse-prezidenti Ceyms Di Vens seçkilərdə namizədliyini irəli sürərsə, Rubio ona yol vermək niyyətindədir.

Dövlət katibi müşavirləri və köməkçiləri ilə söhbətlərində dəfələrlə bildirib ki, Vens prezidentliyə namizəd olmaq qərarı versə, özü yarışa qatılmayacaq. Bununla yanaşı, həm dövlət katibi, həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini icra edən Rubio son aylarda Ağ Evdəki təsir imkanlarını xeyli artırıb. O, özünə yaxın şəxsləri Ağ Evin Milli Təhlükəsizlik Şurasında əsas vəzifələrə təyin etdirərək administrasiyadakı mövqeyini möhkəmləndirib”, – deyə nəşr yazıb.

Qeyd edək ki, ABŞ mediası son vaxtlar həm Rubio, həm də Vensi Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində əsas potensial namizədləri kimi təqdim edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: