meksika ekvador

Futbol üzrə dünya çempionatında Meksika Ekvadora qalib gəlib.

Globalinfo.az bildirir ki, Mexiko stadionunda keçirilən 1/16 final mərhələsinin matçında ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Xulian Kinones (22) və Raul Ximenez (31) Şimali Amerika təmsilçisinin qollarını vuran futbolçular olublar.

Bu qələbə sayəsində 1/8 finala adlayan Meksikanın rəqibi İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi olacaq.

Paylaş: