Almaniya 1

Almaniyanın ultrasağçı “Almaniya üçün Alternativ” (AfD) Partiyasının həmsədri Alis Vaydel bildirib ki, ölkə zəifləyən iqtisadiyyatını dəstəkləmək üçün Rusiya nefti və qazına tətbiq olunan boykotdan imtina etməlidir.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Rusiyadan ucuz enerji uzun illər “Made in Germany” brendinin uğurunun əsas səbəblərindən biri olub və bu mənbəyə yenidən çıxış təmin edilməlidir.

Vaydel bu açıqlamaları sentyabrda Saksoniya-Anhalt və Meklenburq–Qərbi Pomeraniya torpaqlarında keçiriləcək seçkilər ərəfəsində verib. Sorğulara əsasən, AfD hər iki bölgədə liderdir. O bildirib ki, partiyası yaxın və ya növbəti federal seçkilərdən sonra kansler postuna iddialıdır.

Bu arada, AfD-dən Bundestaq deputatı Markus Fronmayer Sankt-Peterburqda “Qazprom”un rəhbəri Aleksey Millerlə görüşərək “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpasına çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: