Çexiya parlamentinin bir qrup deputatı Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin ən yüksək dövlət təltifi olan Ağ Şir ordenindən məhrum edilməsini təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə hakim SPD (Azadlıq və Birbaşa Demokratiya) hərəkatının nümayəndəsi İndrjix Rayxl açıqlama verib.
Rayxlın sözlərinə görə, təşəbbüs Polşada irəli sürülən oxşar addımdan sonra gündəmə gəlib.
“Fraksiyamızın bu təklifi Polşada irəli sürülən analoji təşəbbüslə bağlıdır. Həmin təşəbbüs çərçivəsində Prezident Karol Navrotski eyni səbəbdən Zelenskini ölkənin ali dövlət mükafatı olan Ağ Qartal ordenindən məhrum edib”, – deyə deputat bildirib.
Rayxl qeyd edib ki, onun fikrincə, nasist hərbi birləşmələrinin adlarını hərbi hissələrə verən bir şəxsin Çexiyanın ali dövlət mükafatına layiq görülməsi qəbuledilməzdir.
Əliyar Xəlil
Globalinfo.az