Ukrayna hərbçiləri kanalizasiya borularından hazırlanan saxta dronlardan istifadə etməyə başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın “Şimal” qoşun qruplaşmasının tərkibindəki 11-ci Ordu Korpusunun pilotsuz sistemlər üzrə baş texniki, “Omsk” çağırış nişanlı hərbçi məlumat verib.
Bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
“Hərbçilər bu pilotsuz uçuş aparatlarını “borulet” adlandırırlar. Mənbənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (VSU) bu dronlardan hava hücumundan müdafiə (HHM) sistemlərini yükləmək və çaşdırmaq məqsədilə istifadə edir.
Buna görə də onlar döyüş başlığı ilə təchiz olunmur. Bu, HHM sistemimizi yükləmək üçün istifadə olunan saxta hədəfdir”, – deyə “Omsk” bildirib.
O, həmçinin jurnalistlərə Ukraynaya məxsus ağır Vampire tipli kopteri nümayiş etdirib.
Hərbçinin sözlərinə görə, Rusiya hərbçiləri qənimət kimi ələ keçirdikləri bu dronları bərpa edərək öz məqsədləri üçün istifadə edirlər.
Günel Cəlil
Globalinfo.az