“ABŞ və Almaniya Ukraynaya dəstəyi davam etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüşdən sonra bildirib.
Nazirin sözlərinə görə, hazırda Kiyevə göstərilən ümumi yardımın 98 faizi Avropa ölkələri və Kanada tərəfindən təmin olunur.
ABŞ isə tərəfdaşların maliyyələşdirdiyi hərbi texnikanı Ukraynaya tədarük edir.
Vadeful əlavə edib ki, Türkiyədə keçiriləcək NATO sammitində müttəfiqlərin Ukraynaya dəstəyi qeyri-məhdud müddət ərzində maliyyələşdirməyə hazır olduqlarına dair siqnal veriləcəyinə ümid edir.
Günel Cəlil
Globalinfo.az