İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bəlah qaçqın düşərgəsində HƏMAS hərəkatına məxsus yeraltı kompleksdəki üç obyektə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumun məqsədi yeraltı kompleksin tamamilə məhv edilməsi olub.
Mətbuat xidmətinin açıqlamasında qeyd edilib ki, son həftələr ərzində HƏMAS atəşkəs razılaşmasını pozaraq həmin yeraltı kompleksi yenidən bərpa etməyə çalışıb.
İsrail ordusu həmçinin iddia edib ki, HƏMAS Qəzza zolağında öz hərbi obyektlərini mülki yaşayış məntəqələrinin ortasında yerləşdirərək dinc sakinlərdən canlı qalxan kimi istifadə edir.
Açıqlamada vurğulanıb ki, zərbələr endirilməzdən əvvəl mülki əhaliyə dəyə biləcək zərərin minimuma endirilməsi üçün zəruri tədbirlər görülüb.
Aysel Əliyeva
Globalinfo.az