Ermənistandan Gümrüdəki Rusiya hərbi bazasının statusuna yenidən baxılması ilə bağlı hələlik heç bir siqnal daxil olmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Bundan əlavə, Ermənistan tərəfi rəsmi olaraq İrəvanın Gümrüdəki Rusiya hərbi bazasının bağlanmasını düşünmədiyini bildirib”, – Rusiya XİN başçısının müavini 102-ci baza ilə bağlı müqavilənin şərtlərinin yenidən nəzərdən keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq deyib.(APA)