İyulun 1-dən Bakı metropoliteninin “Bənövşəyi xətti”ndə yay qrafikinin tətbiqinə başlanılır.
Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.
Qeyd edək ki, yay qrafikində qatarların “Avtovağzal-8 Noyabr” sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.
Xətt üzrə davamlı mintorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.
“Bənövşəyi xətt” üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.
Linkə keçid edərək yay qrafiki üzrə “Xocəsən” stansiyasından qatarların hərəkət cədvəli ilə tanış ola bilərsiniz:
https://metro.gov.az/storage/files/to-bakmil/9551/QSGiBvWmyjzVZWJzlAhvY6quWYL3w9sw3fEsJZxK.pdf