karttt

Son dövrlərdə bank kartları ilə bağlı yaşanan problemlər, o cümlədən kartlardan vəsaitin əsassız silinməsi, köçürmə əməliyyatlarından sonra kartların bloklanması və bank sistemlərində baş verən texniki nasazlıqlar elektron ödənişlərə olan etimada mənfi təsir göstərib. Xüsusilə son texniki problem nağdsız ödənişlərin etibarlılığı ilə bağlı narahatlığı daha da artırıb.

Baş verən texniki nasazlıqdan sonra vətəndaşlar nağd ödənişlərə daha çox üstünlük verə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ümumiyyətlə, nağd və ya kartla ödəniş məsələsini bir fetişə çevirmək düzgün deyil:

“Həm nağd manat, həm də bank kartı ilə ödəniş Azərbaycanda tam qanuni ödəniş vasitələridir. Buna görə də hər bir vətəndaş öz ehtiyacına və rahatlığına uyğun seçim etməlidir. Yəni istəsə nağd ödəsin, istəsə də bank kartından istifadə etsin”.

natiq ceferli real 2

Natiq Cəfərli

N.Cəfərli vətəndaşların narahatlığı məsələsinə də toxunub:

“Son dövrlərdə bank sistemlərində müşahidə olunan texniki nasazlıqlar və fasilələr bəzi insanlarda narahatlıq yaradıb. Belə hallar baş verdikdə kartla ödəniş etmək və ya vəsaitə çıxış əldə etmək çətinləşə bilir. Bu da müəyyən vətəndaşların vəsaitlərinin bir hissəsini nağd şəkildə saxlamağa üstünlük verməsinə səbəb ola bilər. Əgər bu cür texniki problemlər təkrarlanarsa, nağd ödənişlərin həcminin müəyyən qədər artması tamamilə mümkün görünür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: