Ərəstun Oruclu Azərbaycana qayıtdı – FOTO

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Azərbaycana qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə politoloq öz feysbuk səhifəsində paylaşım edib.

Ə.Oruclu paylaşımından ölkəyə qayıtdığını və bununla da arzusuna çatdığını bildirib:

“Qarşıdan gələn Novruz bayramınız mübarək, əziz həmvətənlərim!
Hansısa bir bayram günündə hər kəsi Vətəndən təbrik etmək arzum vardı və nəhayət, bu arzuma çatdım.
Bütün arzu və istəklərinizə çatasınız, xoşbəxt olasınız, həyatınızda hər şey ürəyinizcə olsun!
Mən də gəldim. Sevənlər, yolumu gözləyənlər, darıxanlar üçün gəldim.
Hamınız çox dəyərlisiniz”.

Xatırladaq ki, Ərəstun Oruclu bir neçə il öncə Amerika Birləşmiş Ştatlarına köçüb və uzun illər orada yaşayıb. O, vaxtaşırı Azərbaycan hakimiyyətinə qarşı kəskin mövqedə dayanan “Osmanqızı TV”yə və Londonda yaşayan azərbaycanlı siyasətçi Qurban Məmmədovun “AzerFreedom TV” kimi internet televiziyalarına müsahibə verir və Azərbaycan hakimiyyətinin ünvanına sərt çıxışlar səsləndirirdi. Mümkündür ki, onun Bakıya gəlməsi hakimiyyət dairələrilə müəyyən razılaşma əsasında baş tutsun.

Ayşən Mustafa
Globalinfo.az