nazir 1

ABŞ Prezidenti Donald Tramp üçün diqqəti İrandan yayındırmaq və uğur nümayiş etdirmək çox vacibdir. Ukraynadakı münaqişə isə ona belə bir imkan verə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavlo Klimkin deyib.

“İran məsələsi hələlik Tramp üçün heç-heçə vəziyyətidir və onu irəli aparmır. Hazırkı mərhələdə əldə olunduğu düşünülən razılaşmalar, bəlkə də, tam mənada razılaşma deyil”, – deyə o bildirib.

Sabiq nazirin sözlərinə görə, ABŞ İrana dair əsas məsələləri öz xeyrinə həll edə bilməyib və bu, Amerika liderinin nüfuzuna zərbə vurur.

“Tramp başa düşür ki, diqqəti başqa istiqamətə yönəltmək üçün konkret uğur nümayiş etdirmək lazımdır. Bu səbəbdən o, yaxın aylarda Rusiya-Ukrayna münaqişəsi ilə “çox ciddi və məqsədyönlü şəkildə” məşğul olacaq”, – deyə Klimkin bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: