t%C9%99p%C9%99basi

Ermənistan hökuməti İrəvanın mərkəzində yerləşən tarixi Təpəbaşı məhəlləsinin (ermənilər Kond adlandırır – red) bərpasını həyata keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan məhəllə sakinləri ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində küçələr, kanalizasiya sistemi və küçə işıqlandırması yenilənəcək. Hökumət sakinləri evlərindən çıxarmağı və ya tikililəri sökməyi planlaşdırmır.

Paşinyan bildirib ki, dövlət ev sahiblərinə daşınmaz əmlaklarını satmağı yalnız könüllü əsasda təklif edə bilər. Eyni zamanda, sakinlər istədikləri halda evlərini öz vəsaitləri hesabına bərpa edə bilərlər. Lakin tarixi abidə statusu daşıyan tikililərdə aparılacaq işlər Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə razılaşdırılmalıdır

Xatırladaq ki, İrəvanın ermənilər tərəfindən Kond adlandırılan ərazisi, şəhərin tarixi Təpəbaşı məhəlləsidir. İrəvanın günümüzə çatan yeganə tarixi nümunəsi sayılan bu qədim məhəllə XVII əsrdən bəri Azərbaycan memarlıq üslubunu, milli-mədəni irsini və İrəvan xanlığının izlərini özündə yaşadır. Azərbaycana məxsus sonuncu tarixi qalıq olması səbəbiylə qorunması üçün, o cümlədən mədəni soyqırım iddiaları ilə əlaqədar UNESCO-ya rəsmi müraciətlər edilib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: