tahir ufc

Azərbaycanın MMA idmançısı Tahir Abdullayev (77,33 kq) Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində qələbə qazanıb.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, o, yarımorta çəkidə braziliyalı Ceferson Nasimento (77,56) ilə üz-üzə gəlib.

Döyüşçü rəqibinə üçüncü raundda vaxtından əvvəl qalib gəlib.

Xatırladaq ki, “UFC Fight Night Baku”da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.

Paylaş: