Venesuelada baş verən güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 920-yə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 3300-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, daha əvvəl rəsmi məlumatlarda 589 nəfərin öldüyü, təxminən 3 min nəfərin isə yaralandığı bildirilib.
Xatırladaq ki, zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentrləri Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.
Əsas təkanlardan sonra bölgədə 214 afterşok qeydə alınıb. Hazırda axtarış-xilasetmə işləri davam edir, ölən və yaralananların sayının artacağı istisna olunmur.
Aysel Əliyeva
Globalinfo.az