“İranın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İsrailə qarşı təhdidlər səsləndirib”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında fars dilində yazdığı paylaşımında qeyd edib.
“Onu “İsrailin casusu” adlandırırlar. Bu saxta obrazı ona gülünc təhdidlərindən daha çox yaraşır. İran İsrailə hücum etsə, bu onun ən böyük səhvi olacaq. Heç kim bizi dayandıra bilməz. Qüvvələrimiz işi bitirməyə hazırdır”, – Katz qeyd edib.
Qeyd edək ki, İsmayıl Qaani İsrail qoşunlarının Livandan çıxmalı olduğu barədə bəyanatlar səsləndirib.
O, dəfələrlə hücumlardan sağ çıxdığına görə zaman-zaman “İsrail casusu” adlandırılır.
Əliyar Xəlil
Globalinfo.az